kriminal.az
Faydalı deyilən protein məhsulları gizli təhlükə daşıyır

"Məşhur bloggerlər və hətta bəzi həkimlər çox protein istehlak etməyi tövsiyə edərək insanları aldadırlar".

Kriminal.az "CBC News"a istinadla xəbər verir ki, bu barədə diyetoloq Melissa Fernandez danışıb.

Onun sözlərinə görə, idman zallarının daimi ziyarətçiləri tez-tez internetdə yazırlar ki, guya hər kiloqram çəkiyə iki qram zülal qəbul etmək lazımdır:

"Əslində isə insanların böyük əksəriyyəti üçün bu göstərici təxminən 0,8 qramdır, yəni iki dəfə az".

Mütəxəssis qeyd edib ki, gündəlik zülal normasının çoxaldılması, böyük ehtimalla, ciddi zərər verməyəcək. Lakin o xəbərdarlıq edib ki, əgər zülalın həddindən artıq qəbulu meyvə və tərəvəz çatışmazlığı ilə müşayiət olunarsa, bu, sağlamlığa zərər verə və faydalı maddələrin çatışmazlığına səbəb ola bilər.

Diyetoloq əlavə edib ki, özünü “faydalı qida” kimi təqdim edən yüksək zülallı məhsullar əslində belə olmaya bilər. Məsələn, protein məhsulları istehsalçıları onlara çox vaxt həddindən artıq şəkər, boyalar və ya konservantlar əlavə edirlər.

Həmidə İbrahimova

Top
0.08650803565979