kriminal.az
Azərsuyun Rəisi  vətəndaşdan rüşvət alıb suyunu kəsdi

  • Redaksiyamıza sikayət edən vətəndaş Xəlilov Əfqan Xəzər rayon Azərsu rəisi Nəsirov Mübarizdən şikayətçildir.Vətəndaş bildirir ki, 2019 cu ildə 2300 manat məbləğində ondan yaşadıği bağ evinə su çəkmək üçün rüşvət tələb olunub.Vətəndaş bildirdikdə ki, niyə bu qədər pul istənilir vətəndaşa bildirilib ki, məsafə 350metr olduqundan və sizə 32lik boru ilə su xətti çəkiləcək və su sayğacı quraşdırilacaq
    Vətəndaş susuz qalmamaq üçün məcbur 2300manat ödənişi edərək yaşasığı evə su çəkdirib
    Su çəkilişi vaxtı sahə rəisi və, Azərsu əməkdaşlarının iştirakı ilə çəkilib.
    Yəni abonent kodu təqdim olunub, sayğac qoyulub və, hər zaman suyun aylıq ödənişini edib
    [3ildən sonram Nəsirov Mübariz vətəndaşın suyunu xəbərdarlıqsız qanunsuz kobudcasına kəsdirir və işçilərinə tapşırıq verir ki, gəlsin rəisi görsün yoluna qoyaq.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatlardan biri.Xəzər rayonu Azərsu rəisi Nəsirov Mübarizin qara kassası kimi tanınan Məmmədova Sevincdir.

Azərsu ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı ilə əlaqə saxlasaqda, hər zaman ki kimi yenədə edilən şikayəti əməkdaşlarına haqq qazandıraraq elə bir şey ola bilməz, deyərək yola verdi.Azərsu rəsmisi bildirir ki, guya ki, rəisin bu məsələdən xəbəri olmayıb.

Sual 1: Nəsirov Mübariz səlahiyyətli şəxs olduqundan onun rəsmi icazəsi imzası olmasa  abonentə sayğacı kim verə bilər ? N

Nəsirov Mübariz bildirir ki, guya ki, su xətti qanunsuz çəkilib.

Sual 2: Qanunsuz çəkilibsə Nəsirov Mübariz niyə  sayğac verərək abunə kodu tərtib edib?

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə rəsmi məktubla müraciət edəcəyik..İnanırıq ki, bu məsələ ilə, bağlı araşdırılma aparılacaq.

Mövzunu diqqətimizdə saxlayacaqıq Nəsirov Mübarizlə bağlı faktlarla məqalələr dərc edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə həzırıq

Top
0.045276880264282