kriminal.az
HACI QULİYEV : MƏN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİNİN YETİRMƏSİ OLMAĞIMLA QÜRUR DUYURAM. (Video)

Biz dünya standartlarına tam cavab verən, müasir xəstəxananı qurduq, lakin sanmıram ki, bu xəstəxananı bizim mütəxəsislər müasir idarəetmə üsulu ilə idarə edə biləcəklər...” Bu fikir 2000-ci ildə tam müasir avadanlıqlarla təhciz olunmuş Mərkəzi Klinikanın açılışında Ulu Öndər Heydər Əliyev tərəfindən bildirilmişdir.

Məhz 2000-ci ildə Ulu Öndər tərəfindən Mərkəzi Klinikanın açılışında söylənən bu sözlərdən sonra o zaman sağlıq sektorunda dünya standartlarının uğurla tətbiq olunnduğu qardaş Türkiyə Cümhuriyyətindən ölkəmizə professional idarəçilər heyəti dəvət olundu. Xarici mütəxəssislərin dəstəyi ilə Mərkəzi Klinikada yeni idarəetmə sistemi “Xəstəxana Menecmenti” tətbiq olunmağa başlandı. Bununla, klinikanın istər tibbi, istər inzibati şöbələrində əsas idarəçilər xarici mütəxəssislərdən ibarət idi. Hətta xəstəxana standartlarına uyğun təmizlik işlərinin aparılması da xarici mütəxəssislərə həvalə olunmuşdu.
Xarici mütəxəsislərlə yanaşı, yerli kadrlar, eləcə də, xaricdə təhsil alan və iş təcrübəsi keçən azərbaycanlı tələbələr də, klinikada işləmək üçün dəvət olundular.
Xəstəxanada işləyəcək personal xüsusi bilik səviyyəsinə və iş bacarığına görə seçilirdi. Hətta ən xırda detallar belə diqqətdən yayınmırdı. Ölkədə yeni və təməli olduqca möhkəm olan idareetmə modeli qurulurdu. Sözsüz ki, bu modelin qurulması Azərbaycan səhiyyə sistemində on illər sonra öz müsbət nəticəsini verəcəkdi.

Peşəkar həyatımın ən uğurlu mərhələlərindən biri olaraq səciyyələndirdiyim Mərkəzi Klinikada mən də o dönəmdə iş fəaliyyətinə başladım.
Mərkəzi Klinikada çalışdığım dövrdə rəhbərlik tərəfindən rotasiya üsulu ilə Maliyyə şöbəsi, Alqı-satqı şöbəsi, Planlama və Marketinq şöbəsi, Xəstəxana xidmətləri şöbəsi, Təssərüfat və digər şöbələrdə müdir və müdir müavini olaraq çalışdığım müddətdə idarəetmə üsullarına dərindən yiyələnirdim. Dövlət dəstəyi ilə Türkiyənin ən nüfuzlu səhiyyə ocaqlarında və şirkətlərində ödənişli “İdarəetmə kursları”nı keçməyim isə peşəkar idarəçi kimi formalaşmağımda mühüm rol oynadı. Çalışdığım müddətdə “Xəstəxananın quruculuq və inkişafında göstərdiyi fəaliyyətinə görə” təşəkkürnamə ilə təltif olunmağım mənim üçün hər zaman olduqca dəyərli mükafat olaraq qalacaqdır.

Mərkəzi Klinikanı bəzən “İdarəetmə Akademiyası” da adlandırırlar. Klinika Azərbaycan səhiyyə sistemində böyük dönüş yaradaraq, burada qurulan mükəmməl xəstəxana modelinin Azərbaycanın əksər xəstəxanalarında uğurla tətbiq olunmasında böyük rol oynamışdır. Qısa bir müddət sonra, Klinikada böyük əmək sərf edərək hər sahədə yüksək səviyyəli personal yetişdirən xarici mütəxəsisləri yerli kadrlar əvəz etdi və bununla, ölkədə bu istiqamət üzrə böyük kadr bankı yaradıldı. Bugün Mərkəzi Klinika personalı demək olar ki, ölkənin səhiyyə sistemində və digər sektorlarında yüksək peşəkarlıq nümayiş etdirirlər.

İllər keçdi, Ulu Öndərin bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində apardığı uzaqgörən kadr siyasəti öz bəhrəsini verdi.
Bu gün, 2000-ci ildə ölkədə yüksək iş şəraiti yaradılaraq xaricdən dəvət olunan azərbaycanlı mütəxəssislər və böyük əmək və resurs sərf edilərək ölkədə yetişdirilən kadrlar Azərbaycan səhiyyə sistemində və digər istiqamətlərdə uğurla fəaliyyət göstərirlər. “Mərkəzi Kinika İdarəetmə Akademiyası”nda yüksək bilik və peşəkar iş bacarığına yiyələnən mütəxəsisslər ölkəsinə müxtəlif sahələrdə vicdanla və yüksək peşəkarlıqla xidmət etməkdədirlər.

Nə xoş mənə ki, gənc yaşımdan məhz Azərbaycanın uğurlu inkişaf mərhələsinin başlanğıcında müasir Azərbaycanın memarı, dahi liderimizin apardığı çoxşahəli kadr siyasəti nəticəsində düzgün istiqamətləndirilərək “Peşəkar idarəçi” olaraq yetişdirildim və bu gün müxtəlif sahələrdə ölkəmə faydalı mütəxəssis olmağa çalışıram. Hər atdığım addımda isə böyük qürur və fəxarət hissi ilə: “MƏN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN KADR SİYASƏTİNİN YETİRMƏSİ OLMAĞIMLA QÜRUR DUYURAM!” deyərək, müxtəlif sahələrdə peşə fəaliyyətimdə əldə etdiyim bilik və təcrübədən istifadə edərək vətənimə, dövlətimə xidmət edirəm. Bu xüsusda, sözlərimi müasir Azərbaycanda yetişmiş hər bir azərbaycanlının böyük təşəkkür və dərin minnətdarlıq ilə andığı, əbədiyyən öz qəlbində yaşadacağı Ulu Öndərin tarixi sözləri ilə bitirmək istərdim : “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

 

Top
0.042651176452637