kriminal.az
İNK-dan Həmid Cəfərova təltif

İctimai Nəzarət Koalisiyasının qurucularınan biri Həmid Cəfərov İNK-nin 6 illik ildönümü münasibəti ilə “Əbədi lider” qızı döş nişanı ilə təltif edilir.

Həmid Qara oğlu Cəfərov 1938-ci ildə Naxçıvanda, Qaraxanbəyli kəndində anadan olub. O, orta təhsilini Naxçıvanın Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom – indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərdə alıb. 1958-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətindən sonra Artyomda neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayıb. Fərqli bir gənc kimi Artyom rayon komsomol təşkilatında komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib. Daha sonra Həmid Cəfərov Azərbaycan Dövlət Universitetində ( indiki BDU ) ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra respublikanın ayrı-ayrı rayonlarında komsomol və partiya orqanlarında çalışıb. Bacarığı, işgüzarlığı nəzərə alınaraq Həmid Cəfərov 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərilib. O, 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışıb. Həmid müəllim bu ərəfədə təhsilinini də artıraraq Moskvada Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasının dinləyicisi olub. Məhsuldarlığı, iş keyfiyyəti nəzərə alınaraq Həmid Cəfərova daha yüksək vəzifələr həvalə edilib. O, 1980-ci ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi seçilib.

Həmid Cəfərovu bütün fəaliyyəti dövründə fərqləndirən cəhətlər olub. Məlum dövrdə ideologiya sahəsində bütün tövsiyələr, proqram xarakterli göstərişlər bir mərkəzdən, Moskvadan ünvanlandığı vaxtlar, Həmid müəllim bu göstərişlərə, fəaliyyət proqramına öz əlavələrini də edib. Bu riskli əlavələrdə əsasən millilik, azərbaycançılıq öz əksini tapıb. Həmid müəllim bütün fəaliyyətində milli dəyərlərə üstünlük verib. Təbii ki, bu da onun vətənə bağlılığı, Azərbaycana sevgisi ilə bağlı olub. Və bütün bunlar Azərbaycan rəhbərliyinə, həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevə də məlum idi. Bəlkə də elə bunun nəticəsi idi ki, Heydər Əliyev uzaq Sibirdən Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsinə çox çətinliklə nail olduqdan, Kreml kabinetlərində razılıq aldıqdan sonra bu məsələnin icrasını məhz Həmid Cəfərova etibar etmişdi…

 

“ictimainezaret.info”

Top
0.043108940124512