Türkiyədə turistin bayraq dirəyi ilə striptiz etməsi müzakirələrə səbəb olub.
Kriminal.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, görüntülərin Kapadokiyada - Nevşehirin Uçhisar ərazisində çəkildiyi bildirilir.
Belə ki, qalaya çıxan turist Türkiyə bayrağının asılı olduğu dirəyə dırmaşaraq rəqs hərəkətləri edib.
Məlumata görə, görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Nevşehir valiliyi turist qadın haqqında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını açıqlayıb.
Billurə Yunus