kriminal.az
AZAL qiymətləri olduqca baha etdiyindən, xaricdəki soydaşlarımız doğma Vətənə nə gələ, nə də gedə bilirlər

AZAL-ın doğma Vətənə həsrət qoyduğu Rusiya Federasiyasındakı həmvətənlərimiz adından dövlət başçısına Müraciət ünvanlanıb

Bu bir həqiqətdir ki, təhlükəli koronavirus pandemiyası ölkəmizə ayaq açandan, dünyanın digər dövlətləri kimi, respublikamızın da iqtisadi dayanıqlığını sınağa çəkir. Dövlətimiz isə, olduqca çətin keçən bu sınaqdan daha az itki ilə, öz imkanlarını yenidən təhlil edib, paralellər aparmaqla çıxmaq üçün çalışır. Di gəl, bu zaman o da məlum olur ki, ortada elə dövlət qurumlarımız var ki, nəinki çətin keçən pandemiya dövründə, habelə bundan öncəki vaxtlarda belə olkəmiz üçün ağır yükə çevrilən olub -- "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi!
Bəli, AZAL da, dövlətimizin həmin qurumlarından biridir və indiyədək, öz xoşagəlməz fəaliyyətindəki mövcud bir çox inkaredilməz xoşagəlməzliklərlə yuxarıda qeyd olunanları çoxdan təsdiqləyib. Məhz bu səbəbdəndir ki, nəinki ölkəmizin vətəndaşları, hətta xaricdəki soydaşlarımız arasından belə, AZAL-ın yürütdüyü bu iş siyasətindən razı kimsəni tapmaq, getdikcə daha da müşkülləşən ciddi və həddən ziyadə narahatedici bir məsələyə çevrilib. Konkret desək, AZAL-ın işindəki belə məyusedici problem və çatışmazlıqlardan çoxları şikayətçidir və onlar tərəfindən, "Azərbaycan Hava Yolları"nın işindəki məyusedici bir çox halların doğurduğu hədsiz narahatlıqlar mövzularının ana xəttini təşkil edən və aidiyyatı dövlət qurumları rəhbərlərinin adlarına ünvanlanan çoxsaylı şikayət məktublarında, AZAL-ın təqdim etdiyi uçuş biletlərinin hədsiz bahalığı narahatedici həmin hallar arasında öndə qeyd olunur. Bu qiymətlərlə, əksər dövlətlərin aviaşirkətlərinin nəinki biznes-klass və ekonom-klass paketləri olan bahalı, hətta tələbatın daha çox olduğu çarter, habelə cədvəl üzrə müəyyənləşdirilən adi reyslərinin belə daşıma qiymətləri arasında yerlə-göy qədər fərqin olduğu xüsusi vurğulanır. Bu acınacaqlı halın adi bir sübutu kimi, qonşu Gürcüstandan qardaş Türkiyəyə uçuş biletlərinin Azərbaycandan iki dəfə ucuz qiymətlərə satıldığı göstərilir. Məyusedici hal kimi o da göstərilir ki, məhz qiymətlərin olduqca bahalığı, aşağı satılan bilet tapmağın mümkünsüzlüyü ucbatındandır ki, hətta xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr, müalicə üçün xaricdəki həkimlərə üz tutmaq məcburiyyətində qalan xəstələr belə olduqca pis duruma düşüblər. Bu imkansızlar nə doğma Vətənə gələ bilirlər, nə də gedə. Sanki AZAL-ın başında duranlar elə belə də fikirləşirlər ki, imkanı zəif olanların ölkədən çıxması da, elə, imkansız olmalıdır.WhatsApp Image 2021 09 17 at 16.00.38
Yeri gəlmişkən, qeyd edək ki, bu ciddi məsələ hətta azərbaycanlı deputatlar tərəfindən dəfələrlə Milli Məclisdə qaldırılsa da, indiyədək öz həllini tapmayıb. Ölkə Prezidenti də, illərin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarda, digər rəsmi toplantılarda AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə nisbətən baha olması məsələsinə diqqət çəkib həmişə. Prezidentin iradla dediyi kimi, Azərbaycan yanacağı xaricdən almırsa, özü istehsal edirsə, üstəlik AZAL dövlət tərəfindən böyük subsidiyalar alırsa, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınırsa, bütün aeroportlar dövlət hesabına tikilirsə, bütün şərait dövlət hesabına yaradılırsa, bunlardan əlavə, ölkəni tanıtmaq üçün milyardlar xərcləyirsə, AZAL buna əks iş siyasəti yürütməməli, təyyarə biletlərinin qiymətini başqa ölkələrdən baha etməməlidir. Dövlətimizin rəhbərinin belə ciddi iradlarına, xəbərdarlıq və göstərişlərinə baxmayaraq, AZAL-ın başında duranlar qiymət siyasətinə yenidən baxmaq istəməyiblər. Hətta "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və İdarə Heyətinin Kollegiyası adlarına, aviasiya biletlərinin qiymətlərinin azaldılması üçün dəfələrlə ünvanlanan səmərəli təkliflər belə nəzərə alınmayıb. Eləcə də, paytaxt Bakıdan müxtəlif istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xəttlərinin yaradılmasının vacibliyi barədə verilən təkliflərə məhəl qoyan olmayıb.
Bütün bunlar bir daha ona işarədir ki, bazarda qiymət diqtəsini davam etdirən AZAL-ın rəhbəri Cahangir Əsgərovun qiymət oyunu, ölkə başçısının ciddi iradlarından, xəbərdarlıq və göstərişlərindən də güclüdür. Belə olmasaydı, heç olmasa, ölkəmiz üçün olduqca çətin keçən belə bir şəraitdə AZAL qiymət siyasətinə yenidən baxardı.
Bu günlərdə, AZAL-ın doğma Vətənə həsrət qoyduğu və Rusiya Federasiyası boyda nəhəng bir ölkənin dörd bir yanında məskunlaşan 4 milyon nəfərə yaxın həmvətənlərimiz adından qanun çərçivəsində, hüquqi müstəvidə və mənəvi baxımdan danışmağa haqları çatan 50-yə yaxın diaspor təşkilatı rəhbərlərinin imza atdıqları və dövlət rəhbərimizin adına ünvanladıqları daha bir Müraciət də, yuxarıda qeyd etdiyimiz ciddi problemlərin doğurduğu narazılıqlar barədədir. Bu Müraciət, rəsmi olaraq, həmin diaspor təşkilatlarını öz ətrafında birləşdirən və mərkəzi ofisi paytaxt Moskvada yerləşən nüfuzlu "Rusiya Azərbaycanlıları Regionlararası Assosiasiyası"nın -- RARA-ın adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərilib. Müraciət müəllifləri də qeyd edirlər ki, xeyli vaxtdır davam edən COVID-19 pandemiyası həyatımızda bir çox dəyişikliklər edib; Quru sərhədlər bağlıdır, beynəlxalq dəmir yolu və avtobus xidmətləri işləmir, digər ölkələrdən Azərbaycana yalnız hava yolu ilə, müəyyən qaydalara riayət etməklə, epidemioloji vəziyyət nəzərə alınmaqla gəlmək mümkündür. Ancaq təyyarə biletlərinin qiymətlərinin həddindən artıq yüksək olması səbəbindən, hər kəs bunu edə bilmir. Bu vəziyyət müxtəlif ölkələrdə, xüsusən də Rusiyada yaşayan milyonlarla soydaşımızı hədsiz dərəcədə məyus edir. Daha aşağı ödəniş qabiliyyəti olan insanlar, nə edəcəklərini bilmirlər. Onlar, təyyarələrdə onlara daha keyfiyyətsiz xidmətin göstərilməsini bir yana qoyub, bilet almağın yollarını düşünürlər. Çünki doğma Vətənləri Azərbaycanda aviabiletlərin qiymətinin baha olması uzun müddətdir müzakirə mövzusu olsa da, həmişə, indinin özündə də, qiymətlər qonşu ölkələrlə belə müqayisədə dəfələrlə baha satılır.
Tarixi Vətənlə güclü mənəvi tellərlə, qırılmaz ailə bağlarıyla bağlı olan Rusiyadakı həmyerlilərimizin çözülməz bu problemlərini özündə əks etdirən bu Müraciətində RARA bildirir ki, hazırda Azərbaycana yalnız hava yolu ilə getmək mümkündür. Koronavirus infeksiyasına görə, quru yolla nəqliyyat müvəqqəti olaraq dayandırılıb. AZAL-ın uçuşlar üçün təyin etdiyi yüksək qiymətləri ödəmək üçünsə, bir çox həmvətənlərin maddi imkanları yoxdur. Biletlərin qiyməti bölgənin qonşu ölkələrində oxşar uçuşlardan üç dəfə yüksəkdir. Bu problem həmvətənlərimiz arasında ədalətli narazılığa səbəb olur.
Assosiasiyanın Məşvərət Şurasına həmvətənlərimizdən, AZAL-ın uçuş qiymətlərinin endirilməsi məsələsini qaldırmaq üçün, çoxsaylı müraciətlər gəlməkdə davam edir. Soydaşlarımızın böyük hissəsi iqtisadiyyatın indiki şəraitdə müəyyən çətinliklər yaşayan aşağı maaşlı sahələrində çalışır. Eyni zamanda, qohumlarımıza, hər birimizə, doğma Azərbaycanımıza biganə qala bilmərik”.
RARA bu Müraciətinin sonunda, bu problemin həllinə nail olmaq üçün, Azərbaycan Prezidentindən, AZAL təyyarələrinin Rusiyanın paytaxtına və ayrı-ayrı bölgələrinə uçuşları üçün mövcud qiymətlərin əsaslılığını yoxlamaqdan ötrü aidiyyatı dövlət qurumlarına ciddi tapşırıq verməsini xahiş edib: “Əminik ki, bu məsələyə diqqətiniz, tezliklə, bu ciddi problemi müsbət həll etməyə imkan verəcək”.
RARA-nın, araz.az-ın redaksiyasına da göndərdiyi bu Müraciətinin rus dilində olan variantının tam mətnini, nöqtəsinə, vergülünə toxunmadan, dəyərli oxucularımızla bərabər, ictimaiyyətin və aidiyyatı dövlət qurumları rəhbərlərinin diqqətinə də çatdırırıq. Qoy, ölkə vətəndaşlarımızın və xaricdəki soydaşlarımızın bu ciddi problemləri ilə, onların özləri də daha ətraflı tanış olub, yekun bir nəticəyə gəlsinlər.

Президенту Азербайджанской Республики господину Ильхаму Гейдар оглы AлиевуWhatsApp Image 2021 09 17 at 16.00.19

ОБРАЩЕНИЕ

Глубокоуважаемый Ильхам Гейдар оглы!
Победа азербайджанского народа в Отечественной Войне над армянскими захватчиками стала яркой страницей в многолетней истории Азербайджана. 10 ноября азербайджанцы всего мира будут отмечать первую годовщину Победы во второй Карабахской Войне. В эту дату в 2020 году было подписано соглашение о капитуляции Армении, согласно которому агрессор прекратил военные действия и освободил захваченные территории. Война длилась ровно 44 дня. Победа стала возможной благодаря Вам, мужеству и героизму азербайджанских солдат и офицеров.

  В настоящее время под Вашим руководством активно реализовываются широкомасштабные проекты по восстановлению жизнедеятельности в освобожденных территориях. Организовываются поездки представителей СМИ и дипломатического корпуса разных стран мира и азербайджанской диаспоры с целью информирования о последствиях армянского вандализма, уничтожении армянами населенных пунктов и исторических памятников Азербайджана. Возрождение освобожденных территорий вызывает у нас гордость и восхищение.
  Азербайджанцев, проживающих в России, связывают крепкие духовные и семейные узы с исторической Родиной. В настоящее время посетить Азербайджан возможно, только воздушным путем, т.к. сухопутное сообщение в связи с коронавирусной инфекцией временно прекращено.
  Многие соотечественники не имеют финансовые возможности оплатить высокие цены, установленные на полеты авиакомпанией AZAL. Стоимость билетов в три раза дороже, чем за аналогичные полеты в соседних странах региона. Данная проблема вызывает справедливое недовольство наших соотечественников. В адрес Консультативного Совета МААР (Межрегиональная Ассоциация Азербайджанцев России) продолжают поступать многочисленные обращения наших соотечественников, инициировать вопрос о снижении цен на полеты авиакомпанией AZAL.
  Основная масса наших соотечественников заняты на невысокооплачиваемых секторах экономики, которые испытывают определенные трудности в сложившихся условиях. В тоже время не можем быть равнодушными к родному, каждому из нас, Азербайджану.
Господин Президент!
Убедительно просим Вас поручить соответствующим государственным органам Азербайджанской Республики провести проверку обоснованности действующих цен на полеты авиакомпанией AZAL в столицу и регионы России. Мы уверены, что Ваше внимание к данному вопросу позволит положительно решить проблему.
 WhatsApp Image 2021 09 17 at 16.01.22
С уважением,
Консультативный Совет "МААР"
("Межрегиональная Ассоциация Азербайджанцев России"):

1. Гасымов Тарлан Гасым оглы – председатель правления Региональной Общественной Организации «Азербайджанская Диаспора Архангельской области»;

2. Керимов Гасым Ханбала оглы – председатель Региональной Общественной Организации «Азербайджанская Община Курской области»;

3. Алиев Рамил Тариел оглы – председатель Местной Общественной Организации «Азербайджанская Община Городского Округа Истра» Московской области;

4. Мамедов Аладдин Насиб оглы – председатель Забайкальской Региональной Национально -- Культурной Общественной Организации «Азербайджанская Диаспора», г. Чита;

5. Бадиров Азиз Магеррам оглы – учредитель Региональной Общественной Организации «Ассамблея Представителей Народов, Проживающих на Территории Чувашской Республики»;

6. Ханкишиев Аршад Ады оглы – председатель Челябинской областной Социально -- Правовой Общественной Организации «Азербайджан»;

7. Агамалиев Иса Будаг оглы – председатель Региональной Общественной Организации Республики Марий Эл «Азербайджанский Культурный Центр»;

8. Искендеров Мамед Гумбат оглы – заместитель председателя Хабаровской Ераевой Общественной Организации «Содружество Азербайджанцев»;

9. Мамедов Мамедджамал Аллахверди оглы – председатель Местной Общественной Организации «Азербайджанская Община» г. Нижний Новгород;

10. Мехтиев Мехти Иншаллах оглы – председатель Воронежской Региональной Общественной Организации по Развитию Культуры Азербайджана «Единство -- Бирлик»;

11. Мамедов Акиф – председатель Национально -- Культурного Центра «Aзери», г. Нальчик, Республика Кабардино-Балкария;

12. Казымов Али Алиевич – председатель МОО АНКА района Очаково-Матвеевское ЗАО, г. Москвы;

13. Мусаев Асиф Магомедович – председатель Азербайджанского Общества «Араз» Ставропольского края, г. Кисловодск;

14. Дадашев Мирза Мохуббат оглы– председатель Региональной Общественной Организации Республики Башкортостан по Содействию в Социально -- Правовой Адаптации Народов Азербайджана «Азербайджанский Конгресс»;

15. Гюльмамедов Муртуза Искандер оглы – председатель Конгресса Азербайджанцев РСО -- Алания;

16. Зейналов Рамиз Юсиф оглы – председатель Общественной Организации Приморской Азербайджанской Диаспоры «Достлуг» («Дружба»);

17. Алыев Осман Карам оглы – председатель Кировской Региональной Общественной Организации Азербайджанский Культурный Центр «БИРЛИК»;

18. Гараев Самир Нариман оглы – председатель Рязанской Местной Общественной Организации «Азербайджанская Национально -- Культурная Автономия»;

19. Зейналов Тахмасиб Шамистан оглы -- председатель Общественной Организации Азербайджанская Община «Араз» Ставропольского края, г. Пятигорск;

20. Нифталиев Тофик Фати оглы – председатель Амурской Областной Общественной Организации Азербайджанского Национально -- Культурного Общества «АРАЗ»;

21. Алиев Фаик Закирович – председатель Правления Региональной Общественной Ассоциации «Национальный Конгресс Смоленской Области»;

22. Касумов Фикрет Шовкет оглы – председатель Совета Кемеровской Региональной Общественной Организации «Национально -- Культурный Центр Азербайджанцев «Дружба»;

23. Габибов Икмет Ибад оглы – председатель Местной Мегионской Городской Общественной Организации «Национально -- Культурный Центр «Азербайджан»;

24. Исаев Чингиз Микаил оглы – председатель Региональной Общественной Организации «Азербайджанская Национально-Культурная Автономия Пермского Края";

25. Шихлинский Шахин Мутвали оглы – председатель Свердловской Областной Общественной Организации «Азербайджан»;

26. Гейдаров Шахрияр Джаббар оглы – председатель Региональной Общественной Организации «Азербайджанская Община» Брянской области;

27. Джафаров Юсиф Гасан оглы – председатель Региональной Общественной Организации «Азербайджанский Культурный Центр Республики Бурятия»;

28. Масимов Яшар Дурсун оглы – председатель Местной Общественной Организации «Азербайджанская Национально -- Культурная Автономия Города Оренбурга» Оренбургской области;

29. Бабаев Рахматулла Рамазан оглы – председатель Региональной Общественной Организации «Азербайджанская Национально -- Культурная Пвтономия Республики Ингушетия»;

30. Мамедов Ахверди Осман оглы – учредитель Карачаево -- Черкесская РОО, Содействия Социально --Экономическому, Духовному и Культурному Развитию Азербайджанского Народа «Одлар Юрду» («Страна Огней»);

31. Микаилов Акиф Умуд оглы – председатель Региональной Общественной Организации Национально -- Культурная Автономия «Азербайджан» в Республике Коми;

32. Азизов Ракиф Абас оглы — председатель Местной Национально -- Культурной Автономии Азербайджанцев", г. Махачкала, Республики Дагестан;

33. Гусейнов Рамазан Валимамед оглы – председатель Камчатской Региональной Национальной Общественной Организации «Азери»;

34. Ибрагимов Фуад Таджаддинович – заместитель председателя Общественной Организации «Достлуг» г. Таганрога, Ростовской области;

35. Махмудов Габил Ахмед оглы – председатель Региональной Общественной Организации «Одлар Юрду» Омской области;

36. Гумбатов Бахруз Али оглы – заместитель председателя Региональной Общественной Организации «Азербайджанский Общественный Центр Удмуртии «Достлуг»;

37. Гаджиев Намик Джаннетали оглы – учредитель Орловской Региональной Отделении Общероссийской Общественной Организации «Ассамблея Народов России»;

38. Мамедов Рамиз Мустафа оглы – председатель Местной Общественной Организации «Азербайджанская Община», г. Лениногорск, Республики Татарстан;

39. Пашаев Фаяз Аладдин оглы – председатель Тверской Региональной Общественной Организации Национально -- Культурная Автономия Азербайджанцев «Конгресс Азербайджанцев»;

40. Ахмедов Фархад Надир оглы – председатель Местной Общественной Организации «Араз», г. Ессентуки, Ставропольского края;

41. Бурджуев Физули Муса оглы – председатель Тюменской Областной Общественной Организации Объединения Народов Азербайджана «Одлар Юрду»;

42. Салаев Алирза Курбанали оглы ¬– председатель Иркутской Областной Общественной Организации «Азербайджанский Конгресс Иркутской Области»;

43. Гасумов Шахвалад Мухтар оглы — председатель "Ассоциации Межрегиональный Конгресс Азербайджанцев «Единство»", Южно-Сахалинской области;

44. Сеидов Азад Рамазан оглы – председатель Общественной Организации «Национально -- Культурная Автономия Азербайджанцев г. Сургута «БИРЛИК»;

45. Курбанов Эльшад Агагюль оглы – председатель Новгородской Областной Общественной Организации «Азербайджанский Культурный Центр «Бакинец» имени Тохида Салманова»;

46. Мамедов Васиф Тапдыг оглы – председатель "Литературно -- Культурного Общества «Шахрияр»", г. Москва;

47. Казымов Эмин Насими оглы – заместитель председателя правления Региональной Общественной Организации «Азербайджанская Диаспора Архангельской Области»;

48. Мамедов Васиф Тапдыг оглы – председатель Региональной Общественной Организации Литературно -- Культурного Общества «Шахрияр», г. Москва;

49. Алекперов Ильхам Мусеиб оглы – вице-президент Регионального Национально -- Культурного Общество «Азербайджан» Калининградской области...
...Yazının sonunda bir daha qeyd edirik ki, AZAL dövlətin dəstəyi ilə fəaliyyət göstərən bir qurumdur. Belə olduğundan, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər heyətində oturanlar dövlətin siyasi xətti ilə hesablaşmalıdır. Lakin bunu etmədiklərini açıq-aydın hamımız görürük. Axı, bunun nəticəsinin ağırlığından ölkəmizdə kimlər əziyyət çəkməyib ki?!.WhatsApp Image 2021 09 17 at 16.00.53


Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri

Top
0.04433798789978