kriminal.az
İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir – FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin dövlətin milyonlarını mənimsəməsi barədə Realliq.info da geniş məlumatlar dərc olunub. Bu məmurun dövlət şirkətini öz “ailə ansamblına” çevirməsi və insanlara qarşı həyata keçirdiyi haqsızlıq etirazlara səbəb olsa da SOCAR şefi Rövnəq Abdullayev heç bir tədbir görmür.

Son dövrlər bəzi məmur balalarının özbaşınalığı və böyük var-dövlət sahibinə çevrilmələri barədə ölkə mediasında geniş bəhs olunur. Realliq.info – nun araşdırmalarından məlum olur ki, İsgəndər Şirəli də belə məmurlardan geri qalmır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisinin dövlətdən oğurladığı milyonları onun oğlu Xəzər Şirəli Böyük Britaniyanın bir sıra şəhərlərində kef məclislərinə xərcləməkdədir.

İngiltərə və Şotlandiyanın bir sıra şəhərlərində kef məclislərində görüntülənən Xəzər Şirəli dövlətin pullarını dədə malı kimi istifadə edir.
Neftin pullarını şəxsi əmalkları kimi talayan Şirəliyevlərin ermənilərlə işbirliyində olması barədə də Realliq.info – ya məlumatlar daxil olub. Hazırda Şotlandiyanın Aberdin şəhərində yaşayan Xəzər Şirəlinin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir.

Realliq.info – ya daxil olan digər məlumatda qeyd olunur ki, İsgəndər Şirəli oğlunu həqiqi hərbi xidmətdən yayındırır. Saytın araşdırmalarına görə fərari olan Xəzər Şirəlinin aylıq xərci 130 min dollarından artıqdır. İsgəndər Şirəlinin illik məvacibindən dəfələrlə çox olan bu vəsaitin hardan gəldiyini anlamaq çətin deyil.

Ən bahalı maşınlarda gəzən və otellərdə kef məclisləri quran Xəzər Şirəlinin çəkilmiş fotoları da fakları bir daha təsdiq edir. Realliq.info həmin fotoları təqdim edir:

KORRUPSIYA.AZ


İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLARİsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLARİsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLARİsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLARİsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLARİsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

Top
0.16395401954651