kriminal.az
Azərbaycan Tibb Universitetini KİM İDARƏ EDİR: Elçin Əlizadə? - İLGİNC İDDİA

Azərbaycan Tibb Universiteti (ATU) ilə bağlı şikayətlər var.

Universitetdən “AzFakt.com”a verilən məlumata görə, Gəray Gəraybəyli 2016-cı ildə Tibb Universitetinə təyin ediləndən sonra universiteti, sözün əsl mənasında, “ailə podratı”na çevirib: “Uğurlu fəaliyyətinə böyük ümidlər bəslənən rektor G.Gəraybəyli ilk öncə universitetin təhsil tərəfinə yox, təsərrüfat-maliyyə sahəsinə xüsusi diqqət ayırmağa başladı. Universitetin mühasibatlıq və digər təsərrüfat sahələrinə yaxın qohum-tanışları vəzifəyə təyin edildi”, – ATU-dan sayta verilən məlumatda belə deyilir.

Bildirilir ki, ATU-da ən çox maxinasiya halları burada keçirilən satınalmalarda baş verir: “Demək olar ki, son bir neçə ildə burada cari və əsaslı təmir adı altında milyonlarla vəsait silinib. Saxta MMC-lərlə müqavilələr bağlanaraq böyük məbləğdə vəsaitlər “otkad” formasında geri alınıb. Universitetdə milyonlarla manat vəsaitin müqabilində aparılan təmir işləri isə sadəcə kosmetik xarakter daşıyıb”.

Məlumatda qeyd olunur ki, Tibb Universitetində baş verən korrupsiyanın başında təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə dayanır: “Elçin Əlizadə rektor Gəray Gəraybəylinin bacısının həyat yoldaşıdır və bu vəzifəyə Gəray Gəraybəylinin əmri ilə təyin edilib. Elçin Əlizadə Tibb Universitetinin təsərrüfat və təchizat şöbəsinin müdiri təyin edildikdən sonra paytaxtın ən prestijli və bahalı yerlərindən biri olan – Mərdəkan qəsəbəsində özünə dəbdəbəli malikanə inşa etdirib”.

Məlumatda ikimərtəbəli malikanənin hazırkı bazar qiymətinin 500-600 min manat arasında ölçüldüyü qeyd olunur.

Arqument.az ATU-dan xəbərə münasibət öyrənə bilməyib.

Top
0.052341938018799