Ata olmağa hazırlaşan şəxslər və gənc atalar üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsinə strat verilir.
Layihənin gedişatında 2 ay müddətində 40 şəxsin iştirakı ilə üç fərqli regionda (Bakı, Gəncə, Qazax) baş tutacaq seminarların əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində 22, 23 və 29 noyabr tarixlərində Gəncə, Qazax və Bakıda layihə haqqında ətraflı məlumatın lazımi kütləyə çatdırılması məqsədilə infosessiyalar həyata keçirilmişdir.
Ümumilikdə 2 ay müddətində baş tutacaq seminarlarda aşağıdakı mövzulara toxunulacaqdır:
1. Ailə planlamasının sağlam cəmiyyətin formalaşdılmasında rolu;
2. Sağlam ailə modeli və dəyərləri;
3. Həyat yoldaşı və ya partner ilə uşaq qayğısında və inkişafında məsuliyyətlərin bölgüsü;
4. Ataların icmalaşmasının əhəmiyyəti.
Layihə üçün iştirakçılıq kriteriyası
• 21- 36 yaş arası, ata olmağa hazırlaşan şəxslər və gənc atalar;
• Məsuliyyətli atalıq konsepsiyasını öyrənməyə motivasiyalı şəxslər;
• Bakı, Gəncə və Qazax regionlarında yaşayan gənc atalar.
İştirak üçün bu linki dolduraraq (https://cutt.ly/xTa8IYf) və ya nömrə (+994 50 658 09 00) ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərsiniz.