kriminal.az
PREZİDENT İLHAM ƏLİYEVİN FOTOSU TOXUNMUŞ XALÇANIN TƏQDİMATI OLDU- FOTOLAR

Bu gün «Azərbaycan» nəşriyyatının 8-ci mərtəbəsindəki Akt zalında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin

 

foto-şəkli əks olunmuş ipək xalçanın təqdimatı oldu. Milli Qəhrəman və şəhid ailələri, eləcə də qazilərin iştirak etdiyi təqdimatı giriş sözü ilə açan Azərbaycanın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü Flora Xəlilzadə bu möhtəşəm əsərinə görə müəlliflərə və xalçanın toxunmasının bütün maddi-mənəvi məsuliyyətini üzərinə götürmüş Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-Prezidenti, İNK sədri Rasim Məmmədova dərin təşəkkürünü bildirdi. Azərbaycanın Dövlət himninin xor ilə oxunuşundan, həmçinin ardınca şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbirin təşkilatçısı R.Məmmədov çıxış edərək xalçanın ərsəyə gətirilməsindən danışdı. Natiqin bilgisindən məlum oldu ki, ötən ilin 27 sentyabrından sonra toxunuşuna başlanılan ipək xalça əl ilə toxunub. Xalçanın özəlliyi ondadır ki, dizayna uyğun olaraq üzərində Azərbaycanın qədim tarixinə və mədəniyyətinə, eləcə də işğaldan azad edilmiş Qarabağın tarixi keçmişinə, bu tarixdə öz izi olan Azərbaycanın görkəmli şəxsiyyətlərinə aid ornametlərlə bəzədilmiş naxışlar, surətlər vardır. Xalçanın üzərinə, həmçinin Qarabağ xanı Pənahəli Xandan yadigar Şuşa qalası, Xan qızı Natəvanın büstü, Pənah Xanın Ağdamdakı İmarət kompleksi, Vaqifin Məqbərəsi, Üzeyir bəyin və Bülbülün büstü, Xudafərin körpüsü, Qarabağ atları, Xarı bülbül… xüsusi incəliklə toxunub. Xalça Ali Baş Komandan İlham Əliyevin bu gün dekabrın 24-də tamamlanan 60 illik yubileyi şərəfinə toxunduğundan üzərində bu yubileyin nişanələri həkk edilib.

 

 Əməkdar Jurnalist, Prezident təqaüdçüsü Flora Xəlilzadənin Qərbi Azərbaycandan köçkün düşmüş ailələrinin acı taleyindən bəhs edən xatirəsi hamını kövrəltdi… F.Xəlilzadə bir daha Prezident İlham Əliyevin əmri ilə 44 günlük Zəfər müharibəsi sayəsində xalqımıza 30 il ərzində yaşadılan erməni zülmünün birdəfəlik qisasının onqat alındığının, düşmənimizin yerində oturdularaq diz çökməyə məcbur edilməsinin və Şuşada Azərbaycan bayrağının dalğalanmasının müəllifi-Ali Baş Komandan İlham Əliyevə can sağlığı, uzun ömür arzulayaraq bu tarixi qələbənin dünyaya səs salan sədasından danışdı.

 

Əməkdar jurnalistlər-Vaqif Əlixanlı, Aydınxan Əbilov, Milli Qəhrəman E.Xəlilovun anası Tərlan Xəlilova, Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova çıxış edərək Prezident İlham Əliyevin tarixi və möhtəşəm qələbə müəllifi kimi 60 illik yubileyini ürəkdən təbrik etdilər.

 

Sonra tədbir iştirakçıları xalçanın önündə xatirə şəkli çəkdirdilər.

A.Məmmədli

 Təzadlar.az

Top
0.043629169464111