kriminal.az
Yardımlıda məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi - DİN araşdırma başlatdı

25 apreldə Yardımlı rayonda azyaşlı əlil məktəblini direktor tərəfindən döyülməsi hadisəsi baş verib.

Paytaxt.org-a bu barədə azyaşlı əlil məktəblinin qohumlarından biri müraciət edib.

Müraciətdə deyilir:

"Yardımlı rayon Çayüzi kənd orta məktəbin gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov tərəfindən döyülərək xəsarət yetirilib. Xəsarət alan məktəbli dərhal RMX-ya aparılaraq müayinə edilib. Müayinə zaman əlil məktəblinin ciddi xəsarət aldığı üzə çıxıb. Və bu barədə DİN-in 102 xidmətinə məlumat verilib. 

Qeyd edim ki, Nisəqala kənd orta məktəbin direktoru Şükürağa Şahbazov hadisəyə səbəb kimi onun nəvəsi ilə gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu arasında yaranan dartışma olduğunu deyib. Hazırda Yardımlı RPİ-də araşdırma aparılır.

 Həmçinin bildirim ki, məktəb direktoru tərəfindən döyülən Sultanlı Elcan Səyavuş oğlu gözdən 1-ci qrup əlildir və qəyyumluğu var. .."

PS: İnanırıq ki, Daxili İşlər naziri və Təhsil naziri, Nisəqala kənd orta məktəbin direktoru tərəfindən döyülən, gözdən əlil 8 sinif şagirdi Sultanlı Elcan Səyavuş oğlu vətəndaşlıq hüquqlarını müdafiə edib, bürokrat Şükürağa Şahbazovu gərəkən cəza veriləcək...

Top
0.04278302192688