"Azdin.az" xəbər verir ki, ötən gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumu nəticəsində bir həmyerlimiz şəhid olub və iki həmyerlimiz yaralanıb
Maraqlıdır ki, bu proses 20 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etməyib. Terorrçu sonuncu dəfə səfirliyin binasına daxil olub Orxan Əsgərovu qətlə yetirəndə, onun qarşısını yenə də Azərbaycan səfirliyinin əməkdaşı Vasif Tağıyev alıb və o, qəhrəmancasına mübarizə göstərərək Yasini zərərsizləşdirib. Bu məqamda iranlı polislərin harada olması isə böyük sual doğurur.
Bu görüntülərdən açıq aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.
Bu hadisədən sonra paytaxt Bakıda yerləşən İranın Azərbaycandakı səfirliyinin qarşısına toplaşan bəzi şəxslər, nədənsə etirazını İran səfirlikinin əməkdaşlarına bildirməkdənsə, ərazidə xidməti vəzifəsini yerinə yetirən Azərbaycan polisinə hay-küy salaraq guya ki, irad bildirir.
Belə bir sual niyə hədəf Azərbaycan polisi?
Videosujetdə görünür ki, xidmət aparan mülki geyimli polis zabiti yenə də təmkinli şəkildə xidməti vəzifəsini sorunsuz davam etdirərək, provakasiyalı şəkildə mübahisə yaratmaq istəyən şəxsləri təmkinlə sakitləşdirir.
Təssüflər olsun ki, məqsədli şəkildə publik görüntü yaratmaq istəyən şəxslər ssenarili missiyalarını davam etdirirlər.
Sual 2 Polisin imicinə qarşı müəyyən təxribatçı addımların atılması nə ilə bağlıdır?
Danılmaz faktdır ki, Azərbaycan polisi olduqca şərəfli bir yol keçib. Müstəqilliyimizdən sonra ölkəmizdə sabitliyin qorunması, asayişin bərpası istiqamətində ciddi uğurlara imza atıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir. Bütün bu nailiyyətlər polisin gərgin əməyi sayəsində mümkün olur. Azərbaycan polisi həm də ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə böyük mərdlik göstərib. Çoxlu sayda polis əməkdaşı şəhid və əlil olub. Azərbaycan polisini hər zaman gözdən salmağa çalışıblar.Amma onların heç biri öz məntiqi sonluğuna çatmayıb. Konkret olaraq son günlərdə belə hallara rast gəlinir.
Bunun başqa bir səbəbi isə ölkədəki stabilliyi pozmaq cəhdləri ilə bağlıdır. Görünən tərəfi odur ki, bəzi radikal dairələr kütləvi itaətsizliklə bağlı təbliğat aparırlar. Onlar bilirlər ki, qarşılarında Azərbaycan polisini görəcəklər. Bu səbəbdən də polisin imicinə ləkə yaxmaqla, onlara qarşı inamsızlıq toxumunu səpmək istəyirlər. Amma bu cəhdlərin hamısı əbəsdir. Çünki Azərbaycan polisi bundan sonra da öz dövlətinin keşiyində möhkəm dayanacaq.