kriminal.az
“Şəhidlərin sevinc göz yaşlarına bürünən gecə” Foto/Video

Korrupsiya.az informasiya agentliyi məlumat verir.

Artıq Vətən Müharibəsində qazanılan Zəfərdən keçən 3 il ərzində “Fire Land Group” təşkilatçılığı ilə “Mənim Atam Qəhrəmandır” və “Mənim Oğlum Qəhrəmandır” adı altında 30-dan çox tədbir həyata keçirilib, 2000-dən çox şəhid ailəsi bu tədbirlərdə qarşılanıb, onlara təsəlli və qürur hissi yaşatmağa çalışılıb.
29.08.2023 tarixində “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində şəhid ailələri ilə daha bir tədbir baş tutub. Bu dəfə şəhid övladları Hyatt Regency Baku otelində toplaşıblar. 250 nəfərdən çox şəhid əmanətinin iştirak etdiyi tədbirin əvvəlində uşaqlar üçün hovuz əyləncəsi təşkil edilib. Şəhid ailələri və rəsmi qonaqlar üçün təşkil olunmuş ziyafətdə isə tanınmış ulduzların iştirakı ilə təşkil olunan konsert proqramında musiqisi Cəlal Qurbanov, sözləri Xanım İsmayılqızına aid, rejissorluğunu Vüsal Hacı Qadirin etdiyi “Mənim Atam Qəhrəmandır” mahnısına çəkilmiş yeni klip nümayiş olunub. 1 ay ərzində ərsəyə gəlmiş klipin iştirakçıları və mahnının ifaçıları əslində həm də həyatlarının baş rolunu oynayan, Azərbaycanın müxtəlif bölgələrindən olan şəhid övladlarıdır. Zamiq Hüseynovla bərabər hazırlanmış layihə böyük maraq doğurub.

Tədbirə şəhid əmanətləri ilə yanaşı ictimai şəxslər, deputatlar, müxtəlif nazirliklərin məsul şəxsləri, AYB- nin təmsilçiləri, mətbuat və media nümayəndələri, karifey sənətçilər, eləcə də tanınmış müğənnilər dəvət olunublar. Qonaqlar arasında, şərəf ordenli Akif İslamzadə, Ramiz Rövşən, Ziyad Səmədzadə, Ülvi Quliyev, İlham Məmmədov, Ədliyyə nazirinin müavini, Pentensiar xidmətin rəisi Mirsaleh Seyidov, , icra başçıları Əziz Əzizov, Elşad Həsənov, Müdafiə Nazirliyinin rəsmisi Namiq Cavadov, KOBİA-nın yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Mədəniyyət Nazirliyinin rəsmisi Vüqar Hümbətov, Jurnalist,yazıçı Aynur Camal, Elçin Alıoğlu, sənətçilərdən xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Zamiq Hüseynov, Elnur Hüseynov, Çinarə Məlikzadə, Mirələm Mirələmov, Gülüstan Əliyeva da daxil olmaqla 100- dən çox tanınmış ictimai-siyasi şəxs, millət vəkilləri və incəsənət adamları olub. Tədbiri tanınmış aparıcılar Ceyhun Əli, Kamilə Babayeva, Jalə Həsənli idarə ediblər. Tədbir Təranə Yusubovanın rəhbərlik etdiyi “Şuşa” uşaq xoru ilə açılıb.

“Fire Land Group”un rəhbəri, eləcə də “Mənim Atam Qəhrəmandır”, “Mənim Oğlum Qəhrəmandır” layihələrinin təşkilatçısı, AYB üzvü Cəlal Qurbanov fikirlərini bu sözlərlə ifadə edib:

“Biz bu layihələrə şəhidlərin ruhunun işığı ilə başlamışıq. Vətən müharibəsindəki birliyimiz “Mənim Atam Qəhrəmandır”, “Mənim Oğlum Qəhrəmandır” layihələrində də özünü göstərdi. Bu tədbirlərdə iştirak etməyə can atan onlarla insan var. Onların səmimiyyəti, şəhid ailələrinə sevgisi bizim üçün böyük stimuldur.

Bu gün həm də “Mənim Atam Qəhrəmandır” klipi təqdim olundu. Klipin ərsəyə gəlməsində bizə şərait yaradan həm İçərişəhər qoruğunun rəhbərliyi, həm Xızı rayonundakı dostlarım, həm də Abşeron qoruğunun rəhbəri Etibar İbrahimliyə dərin təşəkkürümü bildirirəm. Şəhid övladlarının bu günkü sevinci görülməyə dəyərdi. Biz bu müqəddəs və kövrək hisslər üçün yaşayırıq, mənəvi yükümüz onların gülüşü ilə yüngülləşir.

Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi şəhid ailələrinə olan borcumuzu heç zaman unutmuruq. Vitse-prezident, birinci xanım Mehriban Əliyeva da şəhid ailələrini xüsusi diqqətdə saxlayır. Heydər Əliyev Fondunun rəhbərliyinin də tədbirlərimizə göstərdiyi həssaslıq bizə qürur verir.Buna görə Fondun icraçı direktoru Anar Ələkbərova təşəkkür edirəm.

Ümumiyyətlə, şəhid ailələrinin ehtiyacları dövlət tərəfindən ödənilir. Onlar təkcə unudulmamaq, mütəmadi olaraq sevgi hissi ilə əhatələnmək istəyirlər. Bunu etmək isə bizim öhdəliyimizə düşür. Mən bu mənada hər zaman yanımızda olan, şəhid əmanətlərini hərbi salamla qürurlandıran Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Vilayət Eyvazova, Mədəniyyət Nazirliyinə, Müdafiə Nazirliyinə minnətdaram. Ədliyyə nazirinin müavini, Pentensiar xidmətin rəisi Mirsaleh Seyidov, İcra başçıları Elşad Həsənov,Əziz Əzizov,Elgin Həbibulayev, Abidin Fərzəliyev, millət vəkilləri Ziyad səmədzadə,Ülvi Quliyev, İlham Məmmədov tədbirlərimizə gələrək şəhid ailələrinin yanında olmaq istəmələri onların öz tşəbbüsüdür.
Bu gün tədbirimizə ev sahibliyi edən Hyatt Regency Baku otelinin rəhbərliyinə, onları təmsil edən Kamran Heydərov və Orxan Ələkbərova minnətdarlıq edirəm. Qeyd edim ki, bu bizim Hyatt Regency Baku ilə birgə həyata keçirdiyimiz 2-ci tədbirimizdir. Bundan əlavə “Credo” şirkətinin rəhbəri Nizami Zeynalov və dostumuz Elçin Məmmədova təşəkkür edirəm.
Bu gün həm şəhid əmanətləri, həm də bizim üçün çox özəl idi. Hər tədbirimizdə olduğu kimi bu tədbirdə də yağışın sehri ilə islandıq. Biz artıq öz aramızda bunun nəyin əlaməti olduğunu anlamışıq. Bu yağışlar övladlarının, ailələrinin təbəssümünü görən şəhidlərimizin sevinc göz yaşlarıdır”.

https://youtube.com/watch?v=v1IEayTEDG8&si=cBg4uBe9YbLOlVey

 

   

 

Top
0.042955875396729