Əgər biz müasir dünyada ideal gənc obrazı formalaşdırsaq bu, savadlı, dünya görüşlü, müxtəlif dilləri bilən, müasir texnalogiyaları mənimsəyən və onu rahat tətbiq edən, daim inkişafa açıq olan, o cümlədən, müasirliklə yanaşı milli-mənəvi köklərinə bağlı, öz tarixinə yaxşı agah olan bir kimlikdir. Gənclər daim inkişaf edirlər. İnkişaf isə canlı bir prosesdir. İnkişaf dövründə təbii olaraq çətinliklər və problemlər olur. Məhz inkişaf dövründə gənclər özlərinə ideal axtarır, onun kimi olmağa və ona bənzəməyə çalışırlar. Prezident İlham Əliyev Azərbaycan gəncləri üçün idealdır.
O, mübarizdir - gənclik dövründə oxuduğu və işlədiyi təhsil müəssisəsindən heç bir əsas olmadan uzaqlaşdırılıqda əvvəlkindən daha çox əzmlə çalışdı və digər sahələrdə uğur qazandı. Mübarizlik Prezident İlham Əliyevin həyatının bütün dövrlərində önə çıxan vacib xüsusiyyətlərindən biridir.
O, prinsipialdır - Qarabağ münaqişəsi mövcud olan dövrdə Prezident İlham Əliyev bütün beynəlxalq təzyiqlərə və ikili standartlara, bəzən hətta hədə-qorxu cəhdlərinə belə baxmayaraq Azərbaycanın ərazi bütövlüyü məsələsini müzakirə etmədi. Mövqe prinsipial idi- Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Prezident İlham Əliyev milli-mənəvi dəyərlərə bağlı, Azərbaycan mədəniyətinin böyük təbliğatçısıdır. Prezidentlik fəaliyəti dövründə Azərbaycanın mədəni nümunələrinin dünyada tanıdılıması və qəbul olunması istiqamətində nəhəng işlər görən Prezident həm də gənclərə açıq mesaj verir - milli-mədəni dəyərlərinizi daha yaxşı bilin, onu tanıdın və fəxr edin.
Prezident İlham Əliyev müasirdir. O, dünyada baş verən yenilikləri yaxşı bilir, lazım olanları öz fəaliyətində tətbiq edir, Azərbaycan sənayesində və iqtisadiyatında müasir çağırışlara uyğun alətlərdən istifadə edir. Eyni zamanda, texnoloji və xidmət sahələrində Azərbaycan brendini yaradır. Bir sözlə dünyadakı trendlərə yaxşı bələddir.
O, qalib sərkərdədir. Prezidentlik fəaliyəti dövründə mühüm siyasi qələbələr qazanan Prezident öz qələbələrini Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə taclandırdı. Müzəffər Ali Baş Komandan öz əsgər və zabitləri ilə Azərbaycanın dövlətçilik tarixinin qızıl səhifələrindən birini yazdı. 30 illik həsrətə son qoyan qalib komandan bütövlükdə regionun taleyinə təsir edəcək hadisənin müəllifi oldu. Eyni zamanda o, Azərbaycan xalqını qalib xalq etdi.
Prezident həmçinin yaxşı övlad, gözəl ailə başçısıdır. O, ata vəsiyətini yerinə yetirməklə və mehriban ailə başçısı olmaqla Azərbaycan ailə dəyərlərinin ən böyük təbliğatçısıdır. Ailə dəyərləri dövlətin özəyini təşkil edir. Məhz bu səbəbdən də Prezident hər zaman bu dəyərlərə önəm verir və onu təbliğ edir. Dünyada Kosmopolit dəyərlərin daha doğrusu, dəyərsizliyin geniş yayılıdığı bir dövrdə ailə dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir.
Prezident həm də, gələcəyə yönümlüdür. Onun fəaliyətində gələcək nəsillərə xitab və onlar üçün indidən müxtəlif layihələrin icrası əsas istiqamətlərdən birini təşkil edir. Kadr potensialı formalaşdırılır, Azərbaycan gəncləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilir, iqtisadiyat şaxələndirilir, yaşıl enerjiyə keçid edilir və Azərbaycan yaşıl iqtisadiyyat mərkəzinə çevrilir, çevik struktur dəyişiklikləri aparılır. Bütün bu məqamlar Azərbaycanın gələcək dövrlərdə də inkişaf edəcəyini və dünyada söz sahibi olacağını göstərir.
İlham Əliyev həm də gənclərin ən yaxın dostudur. Fəaliyyəti dövründə gənclər və idman siyasəti hər zaman Prezident tərəfindən diqqətdə saxlanılıb. Bu gün Azərbaycanda gənclər üçün geniş imkanlar yaradılıb. Gənclər sahəsini əhatə edən bir neçə dövlət proqramları icra edilib. Bu proqramların hər biri əhəmiyyətli işləri əhatə edib. Gənclər Fondu yaradılıb, Gənclər üçün Prezident Mükafatı təsis edilib, paytaxtda və regionlarda Gənclər Evləri yaradılıb, Gənclərin dünyanın nüfuzlu təhsil müəssisələrində təhsil almaları üçün müxtəlif proqramlar icra edilib. Ölkəmiz gənclər, idman və mədəniyyət sahəsi ilə bağlı kifayət qədər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Prezident Administrasiyasında Gənclər Siyasəti və İdman Məsələləri şöbəsi, Milli Məclisdə Gənclər və İdman Komitəsi yaradılıb. Prezident şəxsən özü gəncləri, o cümlədən idmanda uğur qazanan gənclərimizi dəfələrlə qəbul edib. Bu sahədə görülən işlərin miqyası çox böyükdür.
Və sonda. İlham Əliyev ixtisasca memar deyil. Amma mənə görə o, 21-ci əsr Azərbaycanının qurucusu olmaqla elə müasir Azərbaycanın 21-ci əsrdə ən yaxşı memarıdır!
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov