kriminal.az
Almaniya Bundes Liqası: Müdafiəçinin dublu “Bayer”i liderlikdə saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Bundes Liqasının 10-cu turu çərçivəsində “Bayer” səfərdə “Hoffenhaym”dan üstün olub - 3:2.

Aleks Qrimaldonun dublu Xabi Alonsonun çalışdırdığı komandaya qələbə qazandırıb. Müdafiəçi matçın 45+1-ci və 70-ci dəqiqəsində fərqlənib. Daha bir qolu isə doqquzuncu dəqiqədə Florian Vitrs vurub.

Ev sahiblərindən isə Anton Ştax (56-cı dəqiqə) və Vut Veqhorst (58-ci dəqiqə) fərqləniblər.

“Bayer” 28 xalla Bundes Liqada liderliyini davam etdirir. “Hoffenhaym” isə 18 xalla altıncıdır.

Top
0.1048309803009