ABŞ Hərbi Dəniz Qüvvələri 2027-ci ilə qədər Çinə qarşı hərbi əməliyyatlar keçirmə ehtimalına hazırlaşır.
Kriminal.Az-ın RBC.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəisi, admiral Liza Françettinin hazırladığı sənəddə deyilir.
Naviqasiya Planı (NAVPLAN) iki strateji məqsədə nail olmağı hədəfləyir: 2027-ci ilə qədər Çin Xalq Respublikası ilə mümkün müharibəyə hazırlığı təmin etmək və Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli üstünlüyünü artırmaq.
Layihə donanmada texniki xidmətin geridə qalmasını aradan qaldırmaq, robot texnikasını genişləndirmək, yeni komanda mərkəzlərinin yaradılması, əsas infrastrukturun yenidən qurulması, təlim və döyüş meydanında üstünlük əldə etmək yolu ilə qüvvələrin hazırlığını artırmağı məqsəd qoyur.
Sənəddə qısaca Rusiyanın adı da çəkilir və bildirilir ki, onun donanması Qara dənizdəki itkilərə baxmayaraq, Uzaq Şimalda, Atlantik, Aralıq dənizi, Baltik və Şimali Sakit Okeanda döyüş gücünü saxlayır.