kriminal.az
Kadırov İlon Maskdan gileyləndi:

Amerikalı sahibkar İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova hədiyyə olunan "Cybertruck"ı sıradan çıxarıb.

Kriminal.Az-ın məlumatına görə, bu barədə Kadırov öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, maşın manevr qabiliyyəti və ekipajın yaxşı müdafiəsi ilə döyüş meydanında özünü göstərib.

"İlon Mask yaxşı iş görmür. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür. Bu, kişiliyə yaraşan bir hərəkət deyil", - Kadırov şikayətlənib.

Top
0.12232995033264