kriminal.az
“Mançester Siti”dən darmadağın: Komandanın yarısı qol vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Mançester Siti” öz meydanında “Bornmut”u darmadağın edib - 6:1.

“Şəhərlilər”in heyətində Bernardu Silva dubl edib, o, matçın 33-cü və 84-cü dəqiqələrində rəqib komandanı məyus edib. Bundan başqa, “Mançester Siti”dən Jeremi Doku (30-cu dəqiqə), Manuel Akanci (37-ci dəqiqə), Fil Foden (64-cü dəqiqə) və Natan Ake (88-ci dəqiqə) fərqləniblər.

“Bornmut”un yeganə qolunu 74-cü dəqiqədə Lusi Sinisterra vurub.

Bu nəticədən sonra Pep Qvardiolanın komandası turnir cədvəlində birinci pilləyə yüksəlib. “Bornmut” altı xalla 17-cidir.

Top
0.086333036422729