kriminal.az
Voleybol üzrə Azərbaycan çempionatında II turun təqvimi bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunlarının təqvimi bəlli olub.

Kriminal.Az xəbər verir ki, matçlar noyabrın 25-də Bakı və Gəncədə keçiriləcək.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin bu dəfə qonağı “Azərreyl” olacaq. Görüş saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki görüş baş tutacaq. Əvvəlcə saat 15:00-da “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları meydançaya çıxacaqlar. Saat 18:00-da isə “Abşeron”la UNEC üz-üzə gələcək.

Top
0.23653316497803