kriminal.az
“İrəvan” klubunun prezidenti, “İmişli”nin isə meneceri cəzalanıb

AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, “İmişli”nin meneceri İlkin Əhmədov IX turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə ikioyunluq cəza ilə üzləşib.

“İrəvan”ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün birmatçlıq cəzalanıb.

Top
0.10985708236694