kriminal.az
Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”

“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.

Kriminal.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi bugünkü matça hazır olduqlarını bildirib:

“Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib:

“Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.

Top
0.25168609619141