kriminal.az
“Qarabağ” - “Qəbələ” oyununun biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” - “Qəbələ” qarşılaşmasının biletləri Iticket.az saytında satışa çıxarılıb.

Kriminal.Az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər bu gün Iticket.az saytında onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qarşılaşmaya sabah saat 19:30-da start veriləcək.

Top
0.22573399543762