kriminal.az
Qazaxıstan Prezidenti futbol məharətini göstərdi - VİDEO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktobedə ölkənin qərb regionunun ən böyük idman mərkəzinə baş çəkib.

Səfər zamanı Tokayev gənc idmançı Nəbi Kisanla stolüstü tennis oynayıb.

Dövlət başçısı, həmçinin futbolçu məharətini də nümayiş etdirib. Prezident gənc futbolçular üçün ustad dərsi keçib, onlarla söhbət edib. Tokayev futbolun böyük gələcəyinin olduğunu, ona görə də bu idman növünün inkişafına lazımi dəstək veriləcəyini vurğulayıb.

Mənbə: mir24.tv

Top
0.26303791999817