kriminal.az
“Vüqar Həşimov Memorial-2023”: Nicat Abasov ilk günün lideri olub

Qəbələdə “Vüqar Həşimov Memorial-2023” superturnirinə start verilib.

Kriminal.Az-ın məlumatına görə, Heydər Əliyev Konqres Mərkəzində başlayan yarışda rapid üzrə ilk üç turun partiyaları oynanılıb.

İki qələbə və bir heç-heçəyə imza atan Nicat Abasov beş xalla turnir cədvəlinə başçılıq edir.

I tur

Nicat Abasov (Azərbaycan) - Yorden Van Forest (Niderland) 0,5:0,5
Vidit Santoş (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Rixard Rapport (Rumıniya) 0,5:0,5
Boris Qelfand (İsrail) - Arjun Eriqaisi (Hindistan) 0,5:0,5
Aydın Süleymanlı (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) 0:1

II tur

Arjun Eriqaisi - Rauf Məmmədov 0,5:0,5
Teymur Rəcəbov - Aydın Süleymanlı 0,5:0,5
Yorden Van Forest - Vidit Santoş 0,5:0,5
Rixard Rapport - Nicat Abasov 0:1
Boris Qelfand - Şəhriyar Məmmədyarov 0:1

III tur

Şəhriyar Məmmədyarov - Arjun Eriqaisi 0:1
Nicat Abasov - Boris Qelfand 1:0
Vidit Santoş - Rixard Rapport 1:0
Aydın Süleymanlı - Yorden Van Forest 1:0
Rauf Məmmədov - Teymur Rəcəbov 0,5:0,5

Xal durumu: Nicat Abasov - 5 xal, Vidit Santoş, Arjun Eriqaisi, Rauf Məmmədov - hamısı 4, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı - hamısı 3, Yorden Van Forest - 2, Rixard Rapport, Boris Qelfand - hər ikisi 1.

Top
0.11867904663086