kriminal.az
Çempionlar Liqası: 1/8 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib - YENİLƏNİB + VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Son gündə daha dörd qrupda mübarizə başa çatıb.

E, F, G və H qruplarında buna qədər “Atletiko”, “Latsio”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Leyptsiq” və “Barselona” 1/8 finala vəsiqəni təmin etmişdilər.

Son matçların ardından “Portu” və PSJ də onlara qoşulublar.

Bununla da qitənin ən nüfuzlu klub turnirində bütün 1/8 finalçılar bəlli olub.

Çempionlar Liqası

Qrup mərhələsi

VI tur

E qrupu

“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) 2:0

“Seltik” (Şotlandiya) - “Feyenoord” (Niderland) 2:1

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa) 1:1

“Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya) 1:2

H qrupu

“Antverpen” (Belçika) - “Barselona” (İspaniya) 3:2

“Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 5:3

00:02

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son oyunlar keçirilir.

Kriminal.Az xəbər verir ki, erkən start götürən qarşılaşmalarda (Bakı vaxtı ilə 21:45) G qrupunun taleyinə aydınlıq gəlib.

G qrupunda “Leypziq” evində “Yanq Boyz”u məğlub edib.

Qarşılaşmanın 51-ci dəqiqəsində meydan sahibləri B.Seskonun qolu ilə hesabda önə keçiblər.

53-cü dəqiqədə E.Kolli hesaba tarazlıq gətirib. E.Forsberq cəmi üç dəqiqə sonra yenidən komandasını hesabda irəli çıxarmaqla bərabər, həmçinin yekun hesabı da müəyyən edib.

Azərbaycanlı futbol azarkeşləri üçün daha maraqlı sayıla biləcək qarşılaşma Serbiyada baş tutub.

Belə ki, azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi “Srvena Zvezda” – “Mançester Siti” oyununda qapılara beş top vurulub.

“Mançester Siti”nin heyətində M.Hamilton (19-cu dəqiqə), O.Bobb (62-ci dəqiqə) və K.Filips (85-ci dəqiqə) fərqləniblər. Meydan sahibləri isə İ.Hvanq (76-cı dəqiqə) və A.Katainin (90+1-ci dəqiqə) qolları ilə məğlubiyyətdən xilas ola bilməyiblər.

Beləliklə, G qrupunda maksimum xal toplayan “Mançester Siti” və 12 xala sahib “Leypziq” növbəti mərhələyə yüksəliblər.

Dörd xalı olan “Yanq Boyz” bundan sonra çıxışını Avropa Liqasında davam etdirəcək. Cəmi bir xal toplayan “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.

Top
0.085011959075928