kriminal.az
Osimhen “Arsenal”a keçə bilər

İtaliyanın “Napoli” klubunun hücumçusu Viktor Osimhen 2024-cü ilin yayında Londonun “Arsenal” klubuna keçə bilər.

“Topçular” nigeriyalı ilə 120 milyon avroya müqavilə bağlaya bilər, lakin onun dəyərini 134 milyon avroya yüksəldə biləcək mexanizmlər var.

Bundan əlavə, neapollular hücumçu Qabriel Jezusla maraqlanır, ona görə də komandalar arasında futbolçuların dəyişdirilməsi baş tuta bilər.

Qeyd edək ki, Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 16 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: championat.com

Top
0.095767021179199