kriminal.az
Həndbol üzrə Azərbaycan çempionatı: lider itkisiz irəliləyir

Kişi həndbolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib.

Kriminal.Az-ın məlumatına görə, ilk dörd turda xal itirməyən “Kür” uğurlu çıxışını davam etdirib.

“Kür” Olimpiya Tədris İdman Mərkəzində qəbul etdiyi “İdman Akademiyası”na asanlıqla qalib gələrək xallarının sayını 10-a çatdırıb.

“Bakı” gərgin alınan görüşdə “Azəryol”a uduzub. “Qarabağ” isə “Təhsil”dən güclü olub.

Azərbaycan çempionatı
V tur
Kişilər

“Təhsil” - “Qarabağ” 22:36
“Bakı” - “Azəryol” 29:31
“Kür” - “İdman Akademiyası” 42:17

Xal durumu”Kür” – 10 xal, “Bakı”, “Qarabağ” – 6, “Azəryol” - 4, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.

Top
0.10422706604004