kriminal.az
La Liqa: “Real Madrid” liderliyə yüksəldi - VİDEO

İspaniya La Liqasının XVII turunda “Real Madrid” evində “Villareal”ı qəbul edib.

Kriminal.Az xəbər verir ki, görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 25-ci dəqiqəsində C.Bellinqem hesabı açıb. 37-ci dəqiqədə Rodriqo hesab arasındakı fərqi artırıb. J.Morales 54-cü dəqiqədə qonaqların yeganə qolunun müəllifi olub.

Oyunun 64-cü dəqiqəsində  B.Diaz fərqi artırıb. Görüşdə son nöqtəni L.Modriç qoyub.

Qələbə sayəsində “Real Madrid” 42 xalla turnir cədvəlinin lideri olub. Qonaqlar isə 16 xalla 14-cü pillədə qərarlaşıblar.

Top
0.13212084770203