kriminal.az
Azərbaycan Kuboku: “Qəbələ” I Liqa klubunu çətinliklə məğlub edib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Kriminal.Az xəbər verir ki, günün ikinci matçında “Qəbələ” I Liqa klubu “İmişli” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. “Qəbələ”nin heyətində 90+3-cü dəqiqədə Mehrac Baxşalı fərqlənib.

“Qırmızı-qaralar” 1/4 finalda “Araz-Naxçıvan”la görüşəcək. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin digər oyunları dekabrın 20-21-də keçiriləcək.

09:50

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Kriminal.Az-ın məlumatına görə, ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” - “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” - “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Top
0.22054696083069