kriminal.az
 “İstanbulspor” “Trabzonspor”la matçda meydanı tərk etdi, oyun dayandırıldı - VİDEO

Türkiyə Superliqasının XVII turunda “İstanbulspor”un futbolçuları hakimin qərarı ilə razılaşmadıqları üçün meydanı tərk ediblər.

Bu, “Trabzonspor” ilə qarşılaşmanın dayandırılmasına səbəb olub.

68-ci dəqiqədə Edin Vişçinin ötürməsindən sonra “Trabzonspor”un hücumçusu Paul Onuaçu başı ilə rəqib qapısına zərbə endirib və hesabı 2:1 komandasının xeyrinə dəyişib. Ancaq bundan bir neçə dəqiqə əvvəl “Trabzonspor”un digər futbolçusu oyun epizodunda rəqibin üzünə zərbə endirib. Hakim VAR-a baxaraq heç bir qayda pozuntusu qeydə almayıb.

Bundan sonra “İstanbulspor”un futbolçuları hakimlə aktiv şəkildə mübahisə etməyə başlayıblar. İstanbul klubunun prezidenti meydana daxil olaraq komandasını oradan uzaqlaşdırıb.

Mənbə: Haber Global

Top
0.22520899772644