kriminal.az
Bundesliqa: “Bayer”dən darmadağın, “Bavariya”dan səfər qələbəsi - VİDEO

Almaniya Bundesliqasında növbəti turun oyunları baş tutub.

Turnir cədvəlinin vahid lideri olan Leverkuzen “Bayer”i öz meydanında darmadağına imza atıb. “Bohum”a şans verməyən komanda meydançadan 4:0 hesablı mütləq üstünlüklə ayrılıb.

“Bavariya” isə üç xalı səfərdə əldə edib. Münhenlilər “Volfsburq”a qalib gəliblər - 1:2.

Beləliklə də, hazırda 16 oyuna 42 xal toplamış “Bayer” çempionata başçılıq edir. Bir oyun az keçirən “Bavariya” isə 38 xalla liderin ən yaxın izləyicisidir.

Top
0.11405515670776