kriminal.az
UEFA razılaşdı: Rusiya millisi iki ildən sonra ilk dəfə Avropa komandasıyla oynayacaq

Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukov millinin 2024-cü ilin martında Serbiya ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.

Görüş üçün müqavilə artıq imzalanıb.

“Martda serblərlə oyun planlaşdırılır, Rusiya Federasiyasında oynanılacaq. Müvafiq müqaviləni imzaladıq”, - Dyukov jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiya Avropadan olan yığma komanda ilə son oyununu 2021-ci ilin noyabrında - Dünya Çempionatının seçmə mərhələsində Xorvatiyaya qarşı keçirib (0:1).

Mənbə: gazeta.ru

Top
0.086971998214722