kriminal.az
Cəlilabadda ilk dəfə qızlardan ibarət futbol komandası yaradılır

Cəlilabad rayonunda qızlardan ibarət futbol komandaları yaradılır.

“Report”un Muğan bürosunun məlumatına görə, qızlardan qurulan kollektivlər ilk dəfə fəaliyyət göstərəcəklər.

Cəlilabad Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) futbol məşqçiləri tərəfindən yaradılan komandalarda 8-13 yaş arası uşaqlar iştirak edəcəklər. Məşqlər UGİŞM-in idman bazasında keçiriləcək.

Komandaların AFFA tərəfindən təşkil olunan qız futbol liqalarında iştirakları gözlənilir.

Top
0.24035692214966