kriminal.az
Premyer Liqa: ”Neftçi” “Kəpəz”i məğlub edərək üçüncü pilləyə yüksəlib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Kriminal.Az xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Əvvəlki matçlarda "Turan Tovuz" "Araz Naxçıvan"ı (3:1), "Sumqayıt" "Səbail"i (1:0), "Qəbələ" isə "Sabah"ı (1:0) məğlub edib.

12:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Kriminal.Az xəbər verir ki, ötən gündən təxirə salınmış matçda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saat 12:00-da başlanan görüş 81-ci dəqiqədən davam edib. 89-cu dəqiqədə Ayxan Quseynov fərqlənib.

Meydan sahibləri bu nəticədən sonra xallarının sayını 22-ə çatdırıb və “Sabah”la birlikdə 6-7-ci yerləri bölüşdürür. Naxçıvan klubu 26 xalla beşincidir.

Qeyd edək ki, matç ötən gün işıq dirəklərinin birinin aşması nəticəsində təxirə salınmışdı.

09:25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

Kriminal.Az-ın məlumatına görə, ilk olaraq ötən gündən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu reallaşacaq.

Matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb, görüş dayandırılarkən isə “Turan Tovuz” hesabda 2:1 öndə olub. Saat 12:00-da başlanacaq qarşılaşma 81-ci dəqiqədən davam edəcək. Meydan sahibləri hazırda 19 xalla 8-ci, Naxçıvan təmsilçisi 26 xalla 5-cidir.

“Neftçi” 2023-cü ildəki sonuncu oyununda “Kəpəz”i qəbul edəcək. Matç saat 16:00-da olacaq. “Ağ-qaralar” 25 xalla 6-cı, qonaqlar 14 xalla 9-cu sıradadır.

Günün sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Ağdam klubu 38 xalla liderdir, “qartallar” 29 xalla ikinci pillədə qərarlaşıb.

Azərbaycan Premyerm Liqası
XVIII

12:00. Turan Tovuz” – “Araz-Naxçıvan” (81-ci dəqiqədən davam edəcək)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

16:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

18:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” Sabah”ı “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Top
0.22909903526306