İngiltərə Premyer Liqasında 19-cu tur çərçivəsində “Mançester Yunayted” “Aston Villa” ilə qarşılaşıb.
Old Trafforddakı oyunun ilk hissəsində meydan sahibləri 0:2 hesabıyla geri düşdükləri halda, ikinci yarıda üç qol vuraraq qələbəni təmin etməyi bacarıblar - 3:2.
Qonaqlardan Makqin (21) və Dendonker (26), ev sahiblərindən isə Qarnaço (46, 59) və Hoylund (82) fərqləniblər.
Bu nəticədən sonra “qırmızı şeytanlar” 31 xalla 6-cı, “Aston Villa” isə 39 xalla 3-cü pillədə qərarlaşıb.