kriminal.az
Daha bir ölkədə “JN.1” ştammına yoluxma sürətlə artır

Hindistanda “Omikron”un altnövü olan yeni “JN.1” ştammına yoluxma sürətlə artır.

Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi xəbər yayıb.

Bildirilir ki, son 24 saat ərzində “JN.1” ştammı ilə 109 yeni yoluxma hadisəsi qeydə alınıb.

Departamentin məlumatına görə, xəstəliyin yüngül forması səbəbindən yoluxmuşların əksəriyyəti evdə karantinə yerləşdirilir. Ümumilikdə isə Hindistanda son 24 saat ərzində koronavirusa 529 yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, COVID-19-un yeni ştammı olan “JN.1” dünyanın bır sıra ölkələrində, o cümlədən ABŞ-də, Çində və Ermənistanda yayılıb.

Azərbaycan Səhiyyə Nazirliyindən isə , sözügedən ştammın Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.

Top
0.12789011001587