kriminal.az
Azərbaycanın beş şahmatçısı FIDE reytinqində irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycanın beş şahmatçısı yanvar cədvəlində irəliləyib.

Şəhriyar Məmmədyarov hesabındakı 2726 xalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Teymur Rəcəbov (27-ci yer, 2723 xal) mövqeyində qalıb.

İlk 100-lükdəki digər şahmatçımız Rauf Məmmədov da irəliləyib. O, 2651 xalla 87-ci pilləyə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.

Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrosmeysteri Hikaru Nakamura (2788) ilk üçlüyü qapayıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova da (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva isə bir addım geriləyib (99-cu yer, 2350 xal).

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Xampi Koneru (2554) ikinci pilləyə yüksəlib. FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.

Top
0.32092690467834