kriminal.az
Qvineyada konstitusiya referendumu keçiriləcək

2024-cü ildə Qvineyada ölkənin yeni konstitusiyasına dair referendum keçiriləcək.

Bu barədə Qvineyanın keçid dövrünün prezidenti Mamadi Dumbuya milli televiziyada çıxışında bildirib.

“2024-cü ildə bizi birləşdirəcək yeni konstitusiya referenduma çıxarılacaq. Xalqın təsdiqlədiyi Konstitusiya sadə bir rəmz deyil, ortaq gələcəyi birlikdə qurmaq üçün keçmişimizdən ilhamlanan əsas qanun olacaq”, - deyə o bəyan edib.

Bununla belə, Dumbuya referendumun tarixini, əsas qanunun mətninin nə dərəcədə hazır olduğunu və nə vaxt dərc ediləcəyini açıqlamayıb.

Xatırladaq ki, hələ 2021-ci ilin sentyabrında Qvineyanın elit xüsusi təyinatlı dəstəsinə rəhbərlik edən polkovnik Dumbuya hakimiyyəti ələ keçirib və prezident Alfa Kondenin saxlanıldığını elan edib.

Mənbə: TASS

Top
0.092665910720825