kriminal.az
İranda Qasım Süleymaninin dəfn olunduğu yerin yaxınlığında partlayış baş verib - VİDEO

İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib.

Xəbəri İran mətbuatı yayıb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Məlumat üçün əlavə edək ki, insanlar bu gün Qasım Süleymaninin ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.

Mənbə: Tasnim

Top
0.091699838638306