kriminal.az
Nyu-Yorkun mərkəzində metro qatarları toqquşub, xəsarət alanlar var - VİDEO

ABŞ-nin Nyu-York şəhərində metroda qatarların toqquşması nəticəsində 24 nəfər yüngül xəsarət alıb.

Bu barədə şəhər yanğınsöndürmə xidmətinin sözçüsü Yen Svords məlumat verib.

“Hadisə zamanı 24 nəfər yaralanıb. Amma ciddi xəsarət alan yoxdur”, - deyə Svords bildirib.

Xidməti və sərnişin qatarlarının toqquşması nəticəsində sərnişin qatarının birinci vaqonu relsdən çıxıb.

Mənbə: TASS

Top
0.2276599407196