kriminal.az
Təyyarə magistral yolda qəzaya uğradı: Çilidən dəhşətli görüntülər - VİDEO

Çilidə Milli Meşə Korporasiyasına (CONAF) məxsus yüngül mühərrikli “S2R-T660” təyyarəsi Talka şəhərində idarəetməni itirərək magistral yola düşüb.

Sosial şəbəkələrdə qəzanın baş verdiyi anın görüntüləri yayılıb.

Kadrlardan görünür ki, təyyarə yoldan keçən yük maşınına çırpılır, həmçinin qanadı ilə elektrik xəttinə ilişir.

Qəza Pangilemo aerodromunun yaxınlığında baş verib.

Faciə nəticəsində ispan pilot həlak olub, həmçinin dörd nəfər xəsarət alıb.

Mənbə: KP.ru

Top
0.26467680931091