kriminal.az
İsrail ordusu Livanın paytaxtına zərbələr endirib: Ölənlərin sayı artır

İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtının cənub ətrafına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3-dən 8-ə, yaralıların sayı isə 17-dən 59-a yüksəlib.

Kriminal.Az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "Telegram" kanalında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd olunur ki, səkkiz livanlı ağır vəziyyətdə reanimasiyadadır.

İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtının cənub ətrafı Dahiyəyə hücumu nəticəsində "Hizbullah"ın xüsusi əməliyyatlar üzrə məsul komandiri İbrahim Akil öldürülüb.

Kriminal.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Onun məlumatına əsasən, raket hücumu nəticəsində beş uşaq həlak olub, onlarla insan yaralanıb.

İsrail hərbçiləri Livanın paytaxtı Beyrut şəhərinə zərbə endiriblər.

Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.

"İsrail ordusu Beyruta zərbə endirib", - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti xəbər yayıb.

Hücumla bağlı təfərrüat yoxdur.

Top
0.23824000358582