kriminal.az
Həbsə atılan güneyli din xadimi aclıq aksiyasına başladı - FOTO

Ötən həftə Tehranda həbs edilərək “Evin” həbsxanasına salınan güneyli din xadimi və vətəndaş cəmiyyəti fəalı Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, din xadimi həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, qanunsuz rəftar və əsassız ittihamlara bu yolla etirazını bildirir.

Məlumata görə, aclıq aksiyasına başlayandan sonra o, karserə köçürülüb.

Güneyli din xadiminin yaşı və sağlamlığı ilə əlaqədar onun keçirdiyi aclıq aksiyası ailəsinin narahatlığına səbəb olub.

Qeyd edək ki,  illər əvvəl İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz etdiyinə görə həbs cəzasına məhkum olunmuşdu.

 

Top
0.088164091110229