kriminal.az
İranda 18 yaşlı gənc həbs edildikdən sonra şübhəli şəkildə ölüb - FOTO

İranda 18 yaşlı gənc Aryən Qurbanişenas həbs edilərək İsfahan əyalətindəki Şahrza zindanına köçürülüb və daha sonra şübhəli şəkildə ölüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.   

İranda Fəallar üçün Hüquq Təhsili və Məsləhət Mərkəzinin bununla bağlı verdiyi məlumata görə, o, 2023-cü il noyabrın 20-də spirtli içki qəbul edib və dostları ilə kiçik münaqişə yaşadığı üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qeyd olunub ki, ötən ilin noyabrın 21-də onun məhkəmə iclası keçirilib və gənc tam sağlam şəkildə iştirak edib. Məhkəmədən sonra o, həbsxananın karantin bölməsinə köçürülüb.

Növbəti gün gəncin huşsuz vəziyyətdə cansız bədəni tapılıb. Tibbi ekspertiza isə gəncin spirtli içkidən zəhərlənməsi nəticəsində beyin ölümü keçirdiyini bildirib.

 

Top
0.21698594093323