kriminal.az
Barselona hava limanında təşviş: Təyyarədə radioaktiv maddələrin sızması baş verib

Barselona hava limanında “Swiss Air” şirkətinə məxsus təyyarənin anbarında olan çantadan radioaktiv maddə ətrafa dağılıb.

Təyyarənin ətrafı mühasirəyə alınıb və sərnişinlərdən təyyarədə qalmaları istənilib. Hava limanının terminalına fövqaladə hadisələr üzrə mütəxəssislər cəlb ediliblər.

Radioaktiv maddələr içərisində tibbi avadanlıq olan çantadan tökülüb. Mütəxəssislər bütün lazımi yoxlamaları aparıblar və heç bir riskin mövcud olmadığını bildiriblər.

Təxmin edilən sızma aşkar edilən zaman anbarda işləyən beş işçi xəsarət alıb. Onlar ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıblar. İnsident hava limanının fəaliyyətinə heç bir təsir göstərməyib.

Mənbə: Daily Mail

Top
0.20244884490967