kriminal.az
Ukrayna bir gündə iki ölkə ilə təhlükəsizlik müqaviləsi imzalayıb - FOTO

Ukrayna və Kanada hökumətləri Rusiyanın bu ölkəyə qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatların ikinci ildönümündə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.

“Kanadanın Baş naziri Castin Trüdo və mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq. Sənəd Kanadanın 2024-cü ildə Ukraynaya makromaliyyə və müdafiə məqsədilə 3 milyard Kanada dollarından çox vəsait ayırmasını nəzərdə tutur” – deyə Ukrayna lideri vurğulayıb.

V.Zelenski əlavə edib ki, bu, vaxtında qəbul edilmiş qərardır və Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir.

Bundan əlavə Kiyev bu gün İtaliya ilə də təhlükəsizlik müqaviləsi imzalayıb.

Sənədə Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni imza atıb.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşlər hər zaman çox mühüm və əhəmiyyətli keçir.

“Bu gün mühüm nəticə ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır” – deyə o vurğulayıb.

Mənbə: RBK Ukraina

Top
0.32542204856873