kriminal.az
Azərbaycan Kuboku: “Xırdalan” “Cəlilabad”a qalib gəlib - YENİLƏNİB + FOTO

Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyun keçirilib.

Kriminal.Az xəbər verir ki, A qrupunda baş tutan ikinci matçda “Cəlilabad” və “Xırdalan” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində reallaşan görüş paytaxt klubunun qələbəsi ilə yekunlaşıb - 108:84

Günün ilk oyununda “Xəzri” “Sumqayıt”a 105:81 hesabı ilə qalib gəlib.

19:00

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.

Kriminal.Az xəbər verir ki, A qrupunda qərarlaşan “Xəzri” və “Sumqayıt” komandalarının qarşılaşmasında paytaxt klubunun 105:81 hesablı qələbəsi qeydə alınıb.

Ən məhsuldar basketbolçular “Xəzri”dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), “Sumqayıt”dan Smit Roderik (29 xal, 9 ribaund) olublar.

Qeyd edək ki, Azərbaycan Kubokunda günün ikinci oyunu saat 19:30-da “Cəlilabad” və “Xırdalan” komandaları arasında baş tutacaq.

Top
0.27670001983643