“Aqro İnvest və İstehsalat” MMC-nim icraçı direktoru, Qubada tanınmış iş adamı Hacıyev Pərviz Aləm oğlu həbs edilib.
“Yeni Sabah”ın araşdırmasına görə, Pərviz Hacıyev 25 ilə yaxındı ki, sahibkarlıqla məşğul olub. 2013-cü ildə isə “Texnikabank”ın keçmiş sahibi Etibar Əliyevlə tanış olan P. Hacıyev onunla şərikli biznes qurmağı planlaşdırıb.
Qeyd edək ki, bu şərlikiyə kimi Pərviz Hacıyevin 1-ci Nügədi kəndində balıq istehsal edən zavodu olub. 2015-ci ildə Etibar Əliyevlə ortaq biznes qurmaq haqda razılığa gəlinib və payları öz aralarında bərabər bölməklə balıqçılıq, heyvandarlıq, əkinçilik, bağçılıq və tikinti sahələri üzrə fəaliyyət göstərən “Aqro İnvest və İstehsalat” MMC-ni təsis ediblər. MMC-nin səhmlərinin 50 faizi Pərviz Hacıyevə, 50 faizi isə Etibar Əliyev qardaşının kürəkəni Abdullayev Elşən Zöhrab oğlunun adına rəsmiləşdirilib.
Şirkət qurulanda nizamnamə kapitalı 1 milyon manat olub. İcraçı direktoru isə Pərviz Hacıyev təyin edilib. Qısa müddət ərzində “Aqro İnvest və İstehsalat” MMC bir neçə dəfə böyüyərək nizamnamə kapitalını 15 milyon manata çatdırıb.
Lakin 2019-cu ilin əvvəllərindən ortaqlar arasında narazılıq başlayıb. Belə ki, Etibar Əliyev “Aqro İnvest və İstehsala kit” MMC üzərindən çirkli pulların yuyulmasını həyata keçirib. Qeyd edək ki, “Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur.
Həmin ilin avqust ayında isə şəriklər MMC-də olan paylarını bölmək barədə razılığa gəlsələr də Etibar Əliyevin qohumu Elşən Abdullayev Pərviz Hacıyevi şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi ilə bağlı Quba Rayon məhkəməsinə verib. Ancaq fevral ayının sonlarında isə Pərviz Hacıyev müəmmalı şəkildə Bakıda həbs olunub. Bu barədə onun yaxın adamı Adnan adlı şəxs saytımıza məlumat verərək bildirdi ki, Pərviz Hacıyev artıq 1 aydan artıqdır ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Həmçinin onun həbsinin sifarişçisinin Etibar Əliyev olduğunu da qeyd etdi.