Kişi basketbolçulardan ibarət Azərbaycan millisi FIBA-nın yenilənmiş reytinq cədvəlində 13 pillə irəliləyib.
Kriminal.Az xəbər verir ki, hesabında 80 xal olan millimiz 160 komandanın sıralamasında 105-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, uzun fasilədən sonra milli komandamız FIBA-nın reytinq cədvəlində bu qədər irəliləməyi bacarıb. Milli fevralda dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsveçrəyə 72:53 hesabı ilə uduzub, doğma meydanda Kosovoya qalib gəlib - 87:77.
Yığmanın qrupdakı rəqiblərindən İsveçrə (175,6 xal) 62-ci, Kosovo (118,2 xal) 79-cu, İrlandiya (109 xal) 88-ci pillədə yer alıb.