kriminal.az
La Liqa: Vinisiusun dublu “Real”ı məğlubiyyətdən xilas etdi - VİDEO

İspaniya La Liqasının 27-ci turunda “Valensiya” lider “Real Madrid”i qəbul edib.

Komandalar Valensiyadakı “Mestalla” stadionunda qarşılaşıblar.

Oyunda hadisələr Kral klubu üçün gözlənilməz ssenari üzrə cərəyan edib. 

Belə ki, ilk hissənin ortalarında “Real” 3 dəqiqə fasilə ilə 2 qol buraxıb. 27-ci dəqiqədə Duro, 30-cu dəqiqədə isə Yaremçuk fərqlənib. Lakin Vinisiusun dublu  (45+5, 76) sayəsində qonaqlar məğlubiyyətdən xilas olmağı bacarıblar - 2:2.

Hazırda Madrid “Real”ı 66 xalla turnir cədvəlinin vahid lideridir. “Valensiya” isə 37 xal toplayaraq 9-cu pillədə qərar tutub.

 

Top
0.085476160049438